Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:20
-
«Yeni Müsavat» qəzetinin reportyoru Fərahim İlqaroğlu izləndiyini bildirir.

Bu haqda jurnalist özünün facebook səhifəsində yazıb:
«Redaksiyadan çıxandan Nəqliyyat Nazirliyinə məxsus avtomobil tərəfindən izlənirəm...xeyirlisi....».

O, öz səhifəsində izləndiyi avtomobilin şəklini də yerləşdirib.

Fərahim İlqaroğlu AzadlıqRadiosuna bildirib ki, izlənməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verəcək:

«Hazırda aprelin 25-də mənə olan hücumla bağlı istintaqa gedirəm. Orada izlənməyimlə bağlı məlumat verəcəyəm və onlardan kömək istəyəcəyəm».

Fərahim İlqaroğlunu aprelin 25 yaşadığı binanın girəcəyində döyülmüşdü.

Hadisə ilə bağlı Nizami rayon məhkəməsində «xuliqanlıq» maddəsi ilə cinayət işi açılıb.

Mayın 7-də Bakı şəhər Baş Polis İdarəsi Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, jurnalisti döyən Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 24 yaşlı Feyruz Termişi mayın 6-sı axşam saatlarında metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında tutulub.

Polis jurnalistin döyülməsində iştirak edən digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini bildirir.

Hələ ki saxlanan şəxsin yaxınları və vəkilləri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG