Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:43

Gül Bayramında Bakının mərkəzində yollar bağlanacaq


-
Mayın 10-da Gül Bayramı ilə bağlı Bakının mərkəzində yollar bağlanacaq.

Bakı Şəhər Yol Polis İdarəsinin məlumatına görə, səhər saat 8-dən axşama qədər Parlament prospekti nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu, Heydər Əliyevin qəbrini ziyarət edənlərin rahatlığı üçün edilir.

Əsas bayram tədbirlərinin keçirildiyi Heydər Əliyev sarayının qarşısında Bülbül küçəsində hərəkət dayandırılacaq. Şəmsi Bədəlməyli küçəsi də Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər bağlanacaq.

Polis vətəndaşları bu yerlərdə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG