Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:21

Prezident yanında Bilik Fondu yaradılır


-
Mayın 7-də prezident İlham Əliyev Prezident yanında Bilik Fondunun təsis edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir ki, elmi-texniki nailiyyətlərin insan həyatına sürətlə daxil olduğu, qloballaşma meyllərinin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan cəmiyyətində müxtəlif elm sahələri üzrə biliklərin artırılması və rəqabətədayanıqlı insan kapitalının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir: “Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi fasiləsiz təhsil konsepsiyasını gerçəkləşdirmək və mütərəqqi maarifçilik ənənələrini davam etdirmək sahəsində yeni səmərəli mexanizmlərin yaradılmasını şərtləndirir”.

Fərmanda Bilik Fondunun yaradılması elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə izah olunur.

Fərmanda Bilik Fondunun nizamnaməsi də təsdiqlənib, fondun işçilərinin say həddi 20 ştat vahidi müəyyən edilib.

Xəbəri president. az saytı yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG