Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:31

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün indiyədək 4,4 milyard manat xərclənib


-
Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalıb.

APA-nın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Heydər Əliyevə həsr olunmuş konfransda deyib.

Komitə sədri deyib ki, 2013-cü ildə bir məcburi köçkünə xərclənən vəsait 1100 manata yaxın olub. O bu məbləğin dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olduğunu bildirib.

Əli Həsənov qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunduğunu deyib:

“Bu vəsaitin 3,7 milyard manatı son 10 ildə ayrılıb. Yeni qəsəbə və məhəllələrin salınmasına Dövlət Neft Fondundan 1,46 milyard manat vəsait ayrılıb. Müxtəlif maliyyə mənbələrindən ayrılmış vəsait hesabına məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 220 yataqxana təmir edilib. Bundan başqa məcburi köçkünlərə verilən aylıq yemək xərci 3,6 , kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 , Dövlət Komitəsinin illik büdcəsi isə 5,5 dəfə artıb” deyə komitə sədri bildirib.

Əmək qabiliyyətli 380 min məcburi köçkündən 161 min nəfəri daimi işlə təmin edilib, 200 min nəfər isə mövsümü işlərə cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG