Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:29

"Gül bayramı"nda müğənninin 1 saatlıq ifasına 112 min manat veriləcək


-
“Gül bayramı” və Heydər Əliyevin 91 illiyi münasibəti ilə Gəncədə konsert proqramında iştirak edəcək türkiyəli müğənni Hadisənin alacağı məbləğ məlum olub.

ANS PRESS-in məlumatına görə, ifaçıya Gəncədəki 1 saatlıq çıxışına görə 300 min lirə (112.500 manat) qonorar veriləcək.

Mustafa Cecelinin də Gəncədə keçiriləcək konsert proqramında iştirak edəcəyi gözlənilir.

Gəncə şəhər icra başçısının müavini Naqif Həmzəyev AzadlıqRadiosuna deyib ki, konsertin mayın 7-si saat 21:00-da başlayacaq və hamı üçün açıq olacaq. Amma o, türkiyəli müğənnilərə ödəniləcək məbləğlə bağlı açılama verə bilməyəcəyini deyib.

“Ümummilli liderin 91 illik yubleyi ilə bağlı gənclərin xahişi nəzərə alınıb və türkiyəli müğənnilər Gəncəyə dəvət edilib. Qaldı maliyyə məsələsinə mən YAP-ın şəhər təşkilatının sədriyəm, bu barədə hər hansı məlumat deyə bilməyəcəm” deyə icra başçısının müavini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG