Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43

Çingiz Qənizadə Leyla Yunusla bağlı nazirə müraciət edib


-
Deputat Çingiz Qənizadə daxili işlər naziri Ramil Usubova müraciət edib.

Çingiz Qənizadə müraciətində yazır ki, bu yaxınlarda hüquq müdafiəçisi Leyla Yunus evində axtarış aparmağa gələn istintaq əməkdaşlarına köməklik göstərən polis əməkdaşlarına qarşı hörmətsizlik nümayiş etdirib. Gənc polis baş leytenantını əli ilə itələyib, onun xidməti baş geyimi olan papağını başından götürərək yerə atıb: “O, bu hərəkəti ilə nəinki polis əməkdaşını təhqir edib, həm də papağın üzərində əks olunmuş dövlət atributu olan gerbimizi də yerə atıb. Leyla Yunus bu hərəkəti ilə dövlətimizə olan münasibətini, dırnaqarası sevgisini bir daha nümayiş etdirib”.

Çingiz Qənizadənin fikrincə, “bütün bunları Leyla Yunus bilərəkdən, qəsdən ona görə edib ki, polis ona qarşı zorakılıqla müşahidə olunan hərəkətlər etsin. Sosial şəbəkədə yayımlanan məlum videoda Leyla Yunusun təxribat xarakterli, qadına və əxlaqa sığmayan ifadələri və hərəkətləri qarşısında səbir və təmkin nümayiş etdirən həmin gənc polis baş leytenantının mükafatlandırılmasını xahiş edirəm”.
XS
SM
MD
LG