Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:26
-

Mayın 6-da «Münhen xəzinəsi»nin sahibi Cornelius Gurlitt vəfat edib.

Onun 81 yaşı vardı.

Xəbəri yayan «Der Spiegel» dərgisinin saytı kolleksiya sahibinin son aylar ağır xəstə olduğunu bildirib.

Xatırladaq ki, 2013-cü ilin noyabrında Münhendə yerləşən adi mənzildən az qala, əsrin ən böyük xəzinəsi aşkarlanmışdı.

Xəzinənin sahibi Hitler dövrünün tanınmış art dileri Hildebrandt Gurlitt-in oğlu Cornelius Gurlitt idi.

Onun mənzilindən 121 çərçivəli, 1285 çərçivəsiz rəsm tapılmışdı.

Xəzinənin çoxu faşistlərin «pozucu sənət» saydığı əsərlərdir.

Kolleksiyada XVI-XIX əsrə aid rəsm əsərləri də var.
Fransız rəssam Henri Matisse-in əsəri

Fransız rəssam Henri Matisse-in əsəri

Yarım əsrdən çoxdur itmiş sayılan bu xəzinənin dəqiq dəyəri açıqlanmasa da, bəzi nəşrlər ona azı 1 milyard dollar qiymət qoyub.

İlk sahibi xəzinənin 1945-ci ildə müttəfiq qoşunları Drezdeni bombalayarkən məhv olduğunu deyib, amma əslində, Münhendəki mənzilində gizlədibmiş.

Cornelius Gurlitt-ə qarşı satdığı əsərlərin vergisini ödəmədiyi üçün cinayət işi açılmışdı.

Bəzi mütəxəssislər ancaq anasının ölümündən sonra (1967) bu xəzinənin varisi sayıldığından və qanunda nəzərdə tutulan 30 illik müddət bitdiyindən, Cornelius Gurlitt-dən rəsm əsərlərinin müsadirə edilməsini qanunsuz sayırdılar.

Cornelius Gurlitt ona atasından çatan xəzinəni ömrü boyu tam gizli saxlayıb.

O, «Der Spiegel» dərgisinə son müsahibəsində deyib: «Mən həyatda öz rəsmlərimdən çox heç nəyi sevməmişəm...».

Ötən ay Bavariya prokurorluğu Cornelius Gurlitt-in kolleksiyasının üzərindən həbsi qaldırmışdı.

Qarşılıqlı razılığa görə, il ərzində kimə məxsus olduğu şübhə doğuran rəsmlərin sahibləri axtarılacaqdı.

Cornelius Gurlitt sahibləri tapılsa, rəsmləri qaytaracağına dair söz vermişdi.

Ancaq ölüm bu razılığı pozdu...

Günün bütün mövzuları

XS
SM
MD
LG