Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:59

Britaniya hökuməti Azərbaycanın məhkəmə sistemi ilə bağlı narahatlığını bildirib


-
Britaniya hökuməti NİDA vətəndaş hərəkatının 8 üzvü haqqında 6 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası çıxarılandan sonra Azərbaycanın məhkəmə sistemi ilə bağlı narahatlığını bildirib.

Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidingtonun sözlərinə görə, Britaniya rəsmiləri bu məhkəmə prosesini yaxından izləyiblər.

Britaniyanın Xarici İşlər Nazirliyinin saytında yayılan bəyanatda Lidington bildirib ki, o, məhkəmə prosesində qeydə alınmış çatışmazlıqlardan xüsusilə narahatdır. Onun sözlərinə görə, Britaniya Azərbaycanda siyasi xarakterli saxlanılma və həbs hallarının artması ilə bağlı narahatlığını ifadə etməkdə davam edəcək.

Məhkəmə 8 gənci kütləvi iğtişaşlar hazırlamaqda, qanunsuz silah və narkotik vasitə saxlamaqda təqsirli bilərək, 6 ildən 8 ilədək azadlıqdan məhrum edib.

Mayın 6-da məhkəmə qərarı elan olunan zaman polislə onlarla fəal arasında qarşıdurma olub.
XS
SM
MD
LG