Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:42

Obama iqlim dəyişikliyi ilə bağlı təcili addımlar atmağa çağırır


Barack Obama

Barack Obama

-

ABŞ prezidenti Barack Obama iqlim dəyişikliyi ilə bağlı təcili addımlar atmağa çağırıb. Ötən gün iqlim dəyişikliyi ilə bağlı açıqlanan hesabatda deyilir ki, artıq insanın səbəb olduğu dəyişikliklərin ciddi fəsadları var.

Aparıcı mütəxəssislərin 4 il ərzində apardığı araşdırmada istixanaların qaz emissiyaları ilə mübarizə aparılmayacağı təqdirdə dəniz səviyyəsinin, quraqlıq, yanğın və xəstəliklərin artacağı ilə bağlı xəbərdarlıq yer alıb.

ABŞ-ın CBS televiziyasına danışan Obama bildirib ki, «bununla bağlı həyata keçirə biləcəyimiz işlər var, ancaq bu, yalnız Amerika xalqı və dünya əhalisinin məsələyə ciddi yanaşacağı halda baş verər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG