Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:22

Barack Obama iqlim dəyişikliyi ilə bağlı təcili addım atmağa çağırır


Barack Obama
Barack Obama
-

ABŞ prezidenti Barack Obama iqlim dəyişikliyi ilə bağlı təcili addımlar atmağa çağırıb. Ötən gün iqlim dəyişikliyi ilə bağlı açıqlanan hesabatda deyilir ki, artıq insanın səbəb olduğu dəyişikliklərin ciddi təsiri var.

Aparıcı mütəxəssislərin 4 il ərzində apardığı araşdırmada istixanaların qaz emissiyaları ilə mübarizə aparılmayacağı təqdirdə dəniz səviyyəsinin, quraqlıq, yanğın və xəstəliklərin artacağı ilə bağlı xəbərdarlıq yer alıb.

ABŞ-ın CBS televiziyasına danışan Obama bildirib ki, «bununla bağlı həyata keçirə biləcəyimiz işlər var, ancaq bu, yalnız Amerika xalqı və dünya əhalisinin məsələyə ciddi yanaşacağı halda baş verər».
XS
SM
MD
LG