Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:40

Vaşinqton Rusiyayönlü separatçıların referendum planlarını pisləyir


John Kerry

John Kerry

-

Vaşinqton Rusiyayönlü separatçı qrupların həftəsonu Ukraynanın şərqində öz müqəddəratını təyin etmək məqsədilə referendum keçirmək planlarını pisləyib.

Separatçılar Krım ssenarisini təkrarlayaraq, Ukraynanın şərqində muxtariyyət yaratmaq istəyir. Martın sonlarında Krımda keçirilən referendum yarımadanın sonradan Rusiyaya ilhaqı ilə tamamlandı.

Ötən gün ABŞ Dövlət katibi John Kerry AB-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Catherine Ashton-la görüşüb. Kerry Ukraynanın bölünməsi cəhdlərini qəti şəkildə qəbul etmədiklərini deyib:

«Bu, vəziyyəti sabitləşdirmək yönündə daha çox problem yaradacaq».

Kerry Krım ssenarisinin təkrarlandığına işarə edərək, heç bir sivil dövlətin saxta cəhdin nəticələrini tanımayacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG