Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:37

Həbsdə olan NİDA-çılar aclığı dayandırdıqlarını bəyan ediblər


NİDA-çılar məhkəmədə
NİDA-çılar məhkəmədə
-
20 gün əvvəl saxlandıqları istintaq təcridxanasında aclıq aksiyasına başladıqlarını bildirən NİDA-çılar məhkəmə hökmü elan olunandan sonra aksiyanı dayandırıblar.

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi həbsdəki NİDA-çıları 6 ildən 8 ilədək azadlıqdan məhrum edib.

Hərəkat üzvlərinin yaydığı bəyanatda deyilir ki, hakimiyyət azadlığa buraxılmaq tələblərini təmin etməsə də, məqsədlərinə çatıblar:

«Biz məqsədimizə çatdıq və hakimiyyətə də göstərdik ki, həbslə bizi mübarizədən yayındıra bilməyəcəklər. 140 nəfər həbsdə olsa da, çöldə qalanlar kölə deyil və bu xalq azadlığa, demokratiyaya layiqdir, diktaturaya, korrupsiyaya yox. Məhz məqsədimizə çatdığımıza görə, tələbimizin yerinə yetirilməməsinə baxmayaraq, azadlıq tələbimizi də məqsədlərimizə qurban verərək, bu gündən aclığı dayandırırıq».

NİDA-çıların istintaq təcridxanasında aclıq aksiyası keçirməsini Ədliyyə Nazirliyinin Penitensiar Xidməti təkzib edirdi.
XS
SM
MD
LG