Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:38
-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.



Ülvi Şirinov



GƏMİ...TƏYYARƏ... QATAR...



Gedirik... Gedirik... Gedirik...

- Yaxşı yol. Haraya?

Qəlbimizin apardığı, arzuların qovuşduğu yerə.

Yeniliklər görə-görə.

- Nə ilə?

- Gəmiylə.

- Nə ilə?

- Təyyarəylə.

- Nə ilə?

- Qatarla.

Sevgi dolu arzularla....

Gəmi...

Başqa bir dünya.

Dalğaların qoynunda

qağayıların laylası altında....

...həzin bir röya.

Təyyarə...

Buludlara toxunaraq duyduğumuz

arzuların xəyali təcəssümü.

Quşlarla eyni olmaq həvəsi.

dünyanın bir cisimlik kölgəsi.

Qatar...

Dünyanı

bəzən də xəyal dünyamızı

sürətli izləyişimiz...

Ömrün və ölümün

bir cisimlik

və bir anlıq təsviri...

Gəmi... Təyyərə... Qatar...

su... hava... torpaq...

Bunlar önəmli deyil.

Önəmli olan getdiyin yerdi...

getdiyin yeri

bəzən xöşbəxt...

bəzən bədbəxt...

etdiyin yerdi.

Suyla get.

Havayla get

Quruyla get...

Fərq etməz.

Əsas odu qəlbində xoş arzuyla get.

Sonsuza get...

amma xöşbəxt get.

sevgi dolu get.

Sevgi dolu get ki...

getdiyin yeri

sevgi dolu et.

Hər zaman nəsə vardır.

Qasırğa... Şimşək... Zəlzələ...

Nəylə gedirsən get...

olacağa ki,çarə yoxdu.

Arzu dolu insanların

qəlbi toxdu.

Sən get...

mütləq bir işıq var...

...sən get.

Arzulara üz...

...arzulara uç....

....arzulara qaç...

Görəcəksən ki,...

uzaqlardan...

lap uzaqlardan...

...Bir səs gəlir...

...gəlir...

...- Aaa ora bax

- Gəl,gəl...

- Sağsınız?..

....hhh....hhh...



GÜNƏŞƏ GEDƏN YOL....


Xatirələr dəniz

xatirəmiz gəmi.

Dalğalar tale

rüzgar qismət.

Dənizdən baş qaldıran

aysberqsə

acı məhəbbət.

Qağayılar ümid pəriləri.

ağappaq mələk kimi

uçurlar səmalarda.

İnsana yetişirlər

həm asanda, həm darda.

Üzü boz...

İçi toz... qayalar

həyatın ən böyük zərbələri.

Dəniz dalğalanır...

Xatirələr bizi taleyə doğru

sürükləyib aparır.

Xatirə gəmimiz üzü sahilə gedir.

Ah aysberq...

gəmini dağıdıb-qoparır.

...uçuruq sahilə

qağayıların caynağında.

Başqa qismətlərin

sorağında...

...dəhşətli rüzgar

Qağayını da,

xatirəni də

qayalara çırpır.

Bax,bundan sonra

insanlar

yoldan sapır.

Allaha şükür adadayıq...

Ancaq nə diri,

nə də ayıq.

Ada həyatdır.

dəniz mübarizə...

Çarə yoxdur ki, əgər

gəlmisənsə gözə.

Ada... əsl həyatın məskəni.

Alın təri,

baş bəlası,

saç dəni.

Dənizin duzlu suyu

yuyur "həyat" adasının

qumlu sahillərini.

Osa unuda bilmir

dumanlı illərini,

kədər, nisgillərini

Görəsən ayılarmı...

dinərmi, danışarmı?

aha, qalxdı ayağa

Günəşə yol axtarır.

Nə Günəş... gecədir.

Söylə halın necədir?

Bu başına gələnlər

sevgini,

eşqi ondan alır.

Ehh...

görən özümü gedir

mələklərmi aparır...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG