Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:55

Rauf Mirqədirovun həyat yoldaşı ikinci dəfə ifadə verib


Rauf Mirqədirov
Rauf Mirqədirov
--
Həbsdə olan jurnalist Rauf Mirqədirovun həyat yoldaşı Adilə Babaxanova mayın 5-də Azərbaycanın Ankaradakı səfirliyində ikinci dəfə ifadə verib.

AzadlıqRadiosuna müsahibəsində Adilə Babaxanova deyib ki, imzaladığı izahatda həyat yoldaşının cinayət işlətdiyinə inanmadığını yazıb:

- Mənə suallar ancaq Raufun fəaliyyəti ilə bağlı idi. Onun səfərləri haqqında soruşurdular. İstintaq sirrini yaymayacağımla bağlı sənədə imza atdığım üçün ətraflı danışa bilməyəcəyəm. Sadəcə onu deyim ki, yazılanları oxudum, altından imza atdım. Sonra da sənədin aşağısında həyat yoldaşımın hansısa cinayət törətdiyinə inanmadığımı yazdım.

- Hazır sənədi imzaladınız, yoxsa öz yazdıqlarınızı?

- Mənə suallar verib özləri yazırdılar. Sonda oxudum və imzaladım.

- Evinizdə aparılan axtarış zamanı nələri götürdülər?

- Raufun kompüterlərinin yaddaş kartını, daha sonra qızımın planşetini, diktofonu apardılar.
- Baş verənlərə uşaqlarınızın reaksiyası necədir?

- Uşaqların psixikası pozulub, qızım internetdə yazılanları oxuyub ağlayır, çox pis olur.

- Rauf bəyin saxlanması necə oldu? Onu avtobusdan kimlər düşürdü?

- Biz vizamızın müddətini uzatmaq üçün Gürcüstana yola düşürdük. Elə avtobus yenicə tərpənmişdi ki, bir polis maşını avtobusu saxlatdırdı. 5-6 türk polisi avtobusa qalxdı və hamının sənədlərini götürdülər. Bir müddət sonra Raufdan başqa hamının sənədini qaytardılar. Dedilər onun viza müddəti bitib. Mən buna etiraz etdim, dedim bizim hamımızda vizanın müddəti eyni vaxtda bitir. Sonra onlara zəng gəldi, dedilər yuxarıdan tələb olunur ki, yoldaşınızı aparaq.

- Gürcüstana getməyinizdən kiminsə xəbəri vardımı?

- Əlbəttə çox adam bilirdi. Biz bilirdik ki, ölkədən çıxıb təkrar viza alıb geri qayıtmasaq, hamımızı deportasiya edəcəklər. Ona görə hətta polisə getmişdik ki, bizə sənədlərin toplanmasında yardım etsinlər. Biz heç nəyi gizlətmirdik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG