Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:36

NİDA-çıların məhkəməsindən sonra saxlanan jurnalistlər sərbəst buraxılıb


-
Mayın 6-da NİDA-çı fəallara hökm oxunandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsi ətrafında polislə gənclərin çəkişməsi olub. Bu zaman polislər və mülki geyimli şəxslər hadisəni işıqlandıran jurnalistlərə də zor tətbiq ediblər.

“Media forum” saytı bildirir ki, təzyiqə məruz qalan və tutulan jurnalistlərdən biri saytın müxbiri Amid Süleymanovdur. O, məhkəmənin yaxınlığında döyülüb, zorla polis avtobusuna mindirilib və Səbail Rayon Polis İdarəsinə aparılıb.

Amid Süleymanov məhkəmədən redaksiyaya xəbər hazırlayan və ötürən zaman polis serjantı onun boğazından yapışaraq itələyib. Daha sonra o, bir neçə polisin əhatəsinə düşüb. Həmin polislər, eyni zamanda mülki geyimli bir nəfər jurnalisti zorla, kobud şəkildə avtobusa mindiriblər.

Amid Süleymanovun “Media forum” saytına verdiyi məlumata görə, o, “Yeni Müsavat” qəzetinin müxbiri Məhəmməd Türkmən, daha iki jurnalistlə və 10 nəfər gənc fəalla birlikdə Səbail Rayon Polis İdarəsinə aparılıb. Jurnalistlər 2 saatdan çox idarədə saxlanandan sonra buraxılıblar.

Məhkəmədən sonra polislə çəkişmə zamanı 20-dən çox gənc saxlanıb. Onların hazırda Nəsimi rayon polis idarəsinin 22, 23-cü, Səbail polis idarəsinin 9 və 39-cu bölmələrində saxlandıqları bildirilir.
XS
SM
MD
LG