Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:46

Milli Dram Teatrı Sabançı Beynəlxalq Adana Teatr Festivalından qayıdıb [Fotolar]


Azerbaijan-National Drama Theatre

Azerbaijan-National Drama Theatre

-
Akademik Milli Dram Teatrı Türkiyənin Adana şəhərində keçirilən Sabançı Beynəlxalq Teatr Festivalından vətənə dönüb.

Teatrınn mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, Sabançı vəqfinin, Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Teatrları Baş Müdirliyinin təşəbbüsü ilə keçirilən Sabancı Beynəlxalq Adana Teatr Festivalı nəinki Türkiyədə, eləcə də dünya teatr məkanında tanınan nüfuzlu festivallardandır.

Bu il 15 yaşını qeyd edən festivalda indiyədək 38 fərqli ölkədən 74 teatr kollektivinin 573 tamaşası nümayiş olunub. 5000-ə qədər sənətçinin qatıldığı festivalın 80 000-dən artıq tamaşaçısı olub.

14 aprel-16 may tarixləri arasında gerçəkləşən 16-cı Dövlət Teatrları Sabançı Beynəlxalq Adana Teatr Festivalına Azərbaycan teatrı ilk dəfə qatılıb.

Kollektiv mayın ilk iki günündə M. F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanan tamaşanı seyrçilərə təqdim edib.

Xəbərdə bildirilir ki, Hacı Ömər Sabançı Kültür Mərkəzinin səhnəsində nümayiş olunan səhnə əsəri tamaşaçılar, eləcə də mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşadan sonra çıxış edən Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov dəvətə və isti münasibətə görə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Teatrları Baş Müdirliyinə və Sabançı vəqfinə minnətdarlığını bildirib.

Səfər çərçivəsində İsrafil İsrafilovla Türkiyə Dövlət Teatrları Baş Müdiri Mustafa Kurtun görüşü də baş tutub.

Görüşdə Azərbaycan-Türkiyə teatr əlaqələri, qarşılıqlı əməkdaşlıq münasibətlərinin perspektivləri, o cümlədən Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının fəaliyyəti müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG