Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:39

Cəmil Həsənli: «NİDA-çılara qarşı hökm siyasi qərardır»


Cəmil Həsənli
Cəmil Həsənli
-
«Məhkəmə gənclər haqqında sırf siyasi qərar çıxarıb. Burda heç bir hüquqi məsələ yoxdur».

Bunu Milli Şuranın sədri Cəmil Həsənli Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin NİDA-çılar haqqında 6 ildən 8 ilə qədər cəza çıxarması haqqında hökmünü şərh edərkən bildirib.

Cəmil Həsənli deyir ki, gənclərin uzunmüddətli cəzalandırılması fəal gənclərin təqib olunmasıdır:

«Mən məhkəmə prosesinin hamısında iştirak etmişəm. Heç nə sübuta yetirilmədi. Dəlillər vəkillər və uşaqların özləri tərəfindən məntiqli və ardıcıl şəkildə darmadağın edildi. Burda sevinmək lazımdır ki, hakim prokurorun istədiyindən çox iş verməyib. Elə prokurorun istədiyini verib. Onlara qarşı o qədər haqsızlıq olunur ki, bu da ola bilərdi. Hakim prokurorun istədiyindən çox iş verə bilərdi. Bu, sadəcə olaraq siyasi, sosial cəhətdən aktiv gənclərin təqib, repressiya olunması, həbsə alınması, ictimai-siyasi mühitdən təcrid edilməsidir. Bu hökm bir daha Azərbaycanda avtoritar bir rejimin, diktatura rejiminin qurulmasının əyani təsdiqidir».
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00
Direct-ə keçid

XS
SM
MD
LG