Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:21

NİDA-çıların vəkili: “Yolumuz Avropa Məhkəməsinədir”


-
“Biz qərarı əldə edən kimi məhkəmə hökmündən apellyasiya şikayəti verəcəyik. Yolumuz Avropa Məhkəməsinədir”.

Bunu AzadlıqRadiosuna NİDA-çıların vəkillərindən Əsabəli Mustafayev deyib.

“Apellyasiya, kasassiya şikayətlərini keçəndən sonra Avropa Məhkəməsinə müraciət edəcəyik”.
Vəkil deyir ki, NİDA-çıların həbsinin qanunsuz olduğu üçün onlar hələ bir il əvvəl onların barəsində seçilən həbs qərarından Avropa Məhkəməsinə şikayət ediblər.

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi 8 NİDA-çı barədə hökm çıxarıb. Gənclərə 6 ildən 8 ilədək həbs cəzası verilib.

NİDA-çılar ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar.
XS
SM
MD
LG