Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

NİDA-çılara hökm, Gülər Əhmədovaya azadlıq verildi [Video]


-
«İşdən Sonra» verilişində vəkil Xalid Bağırov, siyasi şərhçilər Yeganə Hacıyeva və Ərəstun Oruclu son məhkəmə qərarlarından və bunun siyasi tərəflərindən danışıblar.

Mövzu ilə əlaqədar video: Nida-çıların məhkəməsindən sonra baş verənlər...


«AZƏRBAYCANDA CİNAYƏT HÜQUQU ÖLÜB»


Xalid Bağırov son məhkəmə qərarlarının siyasi xarakter daşıdığını deyir:

«NİDA-çıların məhkəmə prosesi formal olaraq keçirildi. Bizim kifayət qədər sübutlarımız vardı. Məhkəmə bunları araşdırmadı. İttiham tərəfinin arqumentləri bərbad idi. Tək Anar Abbasovun ittihamları ilə qərar çıxarmaq nə dərəcədə düzgündür? Bu dərəcədə rəzil bir məhkəmə olmaz. Burada hüquqdan danışmaq mümkün deyil. İlkin Rüstəmzadənin işində nə şahid, nə ifadə, nə sənəd var. Xuliqanlıq ittihamında mütləq zərərçəkən olmalıdır. Ancaq İlkin Rüstəmzadənin işində isə zərərçəkən tapmaq mümkün deyil. Biz düşünürük ki, heykəli zərərçəkən sayıblar. Burada hüquqdan danışmaq mümkün deyil. Son məhkəmə qərarları Azərbaycanda cinayət hüququnun öldüyünü bir daha göstərdi».

«Hökm elan olunanda atmosfer sərbəst idi. Heç kəs məhkəməni dinləmirdi. Gənclərin ayaqüstü durmağı çətin idi. Ancaq onlar buna davam gətirdilər. Hökmü sakit qəbul etdilər, çünki belə olacağını gözləyirdilər».

«MƏHKƏMƏLƏR GETDİKCƏ TEATRA BƏNZƏYİR»

Yeganə Hacıyeva hesab edir ki, NİDA-çılara verilən həbs cəzalarının heç bir əsası yoxdur:

«NİDA-çılarla bağlı artıq siyasi qərar verilmişdi ki, onlar cinayətkardırlar. Məhkəmə formal xarakter daşıyırdı. Məhkəmə prosesi teatra bənzəyirdi. Xarici müşahidəçilər sual verirdi ki, kimsə dinləmirsə bu üç saatlıq hökmü, oxumaq kimə lazımdır. Gülər Əhmədovanın şərti azadlığa buraxılması isə hakimiyyətin öz çevrəsinə «Nə edəcəyinizdən asılı olmayaraq, sizi müdafiə edəcəyəm» mesajı idi. Bu cür ağır bir ittihama rəğmən Gülər Əhmədovanın şərti azadlığa buraxılması, NİDA-çılara isə 6 ildən 8 ilədək həbs cəzası verilməsi absurddur. Onların verilən illərə uyğun bir təqsirləri yox idi».

«Bu gənclər həbsdə olmaqlarına baxmayaraq, artıq formalaşmış, intellektual gənclərdir. Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəlikləri var. Daxili prosesləri araşdıran kənar institutlar baş verənləri görür. Bütün bunlar heç də yaxşı nəticə verməyəcək».

«BU MƏHKƏMƏ QƏRARLARI CƏMİYYƏTƏ MESAJDIR»

Ərəstun Oruclu bu qərarların cəmiyyətə bir ismarış olduğunu deyir:

«Son məhkəmə qərarları ilə Azərbaycanda hakimiyyətin daxilindəki ən mürtəce qruplaşma sübut etdi ki, mən də varam, hər şey mənim ixtiyarımdadır. Bu cür savadlı, intellektual gənclərə cəza verilməsi ağlasığmazdır. Bu cəmiyyətə bir mesaj idi ki, gözünüzü açın. Hər şey bizim və övladlarımızın əlindədir. Mandat satılması ən ağır cinayətlərdəndir. Bu işdə hər şey atıldı Gülər Əhmədovanın üzərinə. Adı hallanan digər şəxslər məsuliyyətə cəlb olunmadı. Bütün bunlar hakimiyyətin bu cəmiyyəti saymadığının, onun düşüncəsinə önəm verməməyinin göstəricisidir».

Şərhləri göstər

XS
SM
MD
LG