Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:19
Qərb-Rusiya davasında almanlar qıraqda qalmaq istəyir. Moldovada hökumət bir tərəfə, sıravi insanlar başqa tərəfə çəkmək istəyir. – Mətbuat icmalı

***
New York Times soruşur ki, almanlar Rusiyanı niyə belə sevir? Rusiya Krımı tutandan sonra Almaniyada gedən debatlara baxsaz, keçmiş alman siyasətçiləri televiziyalarda Rusiyanı müdafiə edirlər. Keçmiş kanslerlər Gerhard Schroder və Helmudt Schmidt hətta deyirlər ki, real işğalçılar NATO və Avropa Birliyidir. Çünki onlar Rusiyanın legitim nüfuz dairəsi olan ərazilərə girirlər.

Dünyadakı nizamın çempionu hesab olunan almanlar niyə belə düşünür? Helmut Schmidt

Helmut Schmidt


Bunun bir səbəbi Rusiyanın sponsorluq etdiyi təbliğatdır. Bu yaxınlarda Welt am Sonntag qəzeti Rusiyanın müdafiəçilərinin kölgə şəbəkəsinin ictimai rəylə necə işləməsini araşdırıb ortaya qoydu.

İkinci səbəb alman cəmiyyətinin müəyyən məsələlərdə Qərblə Şərq arasında ortada olmaq, heç kimin tərəfini tutmamaq istəməsidir. Son rəy sorğusuna görə, almanların 49 faizi Ukrayna böhranında Almaniyanın Qərblə Rusiya arasında neytral mövqedə olmasını istəyir. Hərçənd 45 faiz əmindir ki, Almaniyanın qərb düşərgəsində olmalıdır.
Bundan başqa Almaniyada anti-Qərb əhvalı da zəif deyil. Almanlar düşünürlər ki, qeylərə və başqalarına Avropa həddən artıq tolerant olub. Avropanın dəyərləri getdikcə qeyri-xristian dəyərlər olur. Almaniyada avrointeqrasiyanın əleyhinə olan siyasi partiya da var.

Qəzet sonda yazır: “Ukrayna böhranı göstərdi ki, almanların yarısı Qərblə dərin bağlılıq hiss etmirlər”.

TURİSTLƏR RUSİYADAN QAÇIR


Ukrayna hadisələri Rusiyada turizmə güclü zərbə vurur. Rusiyanın turizm şirkətləri xaricdən Rusiyaya gəlmək gəlmək istəyənlərin kəskin azaldığını bildirirlər. Xaricilər verdikləri sifarişlərin 25 faizini ləğv ediblər. Bu, son illər Rusiyada ən yüksək göstəricidir.

Wall Street Journal yazır ki, sifarişini ləğv edənlər təkcə amerikalılar və avropalılar deyil, asiyalılar da sifarişlərini ləğv edir.

Keçən il Rusiyaya 2,7 milyon turist gəlib. Bu, əvvəlki ildəkindən 3,7 faiz çoxdur. Rusiyaya xarici turist ən çox Almaniya, Çin və ABŞ-dan gəlir.
Sifarişlərinin ləğv edənlərin az hissəsi bunu ideoloji səbəblərdən edib. Əksəriyyət öz təhlükəsizliyinə görə qorxur, onlar qorxurlar ki. Rusiyaya gələlər, bu vaxt müharibə başlaya.

Albaniyadan olan turist qrupu Rusiyaya bir şərtlə gəlməyə razı olub ki, müharibə başlasa, onlara tam sığorta veriləcəyi haqda təminat verilsin.

KAŞAQANDA NEFT İSTEHSALI YOXDUR

Financial times yazır ki, Kaşaqanda bu il neft istehsal olunmaycaq. 2015-ci ildə az miqdarda neft çıxarılacaq. Yalnız 2016-cı ildə neft istehsalı gündə 350 min barrel olmalıdır.

Qazaxıstanın Kaşaqan yatağında 50 milyard dollarlıq layihə reallaşdıran neft şirkətləri gündəlik istehsalı 1 milyon barrelə çatdırmağa o şərtlə razı olurlar ki, müqavilənin müddəti uzadılsın. Bunu layihə ilə yaxından tanış olan iş adamı qəzetə deyib.
Hazırki müqavilənin vaxtı 2041-ci ildə bitir. Kashagan

Kashagan


Xarici neft şirkətləri müqavilənin uzadılacağı təqdirdə əlavə investisiya qoymağa razıdırlar.

Kaşaqan son 30 ildə dünyada tapılan ən böyük neft yatağıdır. Ancaq burda işləyən şirkətlər nəhəng çətinliklərlə üzləşirlər. Onlar sahildən uzaqda bahalı süni adalar tikməyə məcburdurlar.

Kaşaqan keçən ilin sentyabrında neft verməyə başladı. Ancaq bir neçə həftə sonra neft istehsalı dayandı. Buna səbəb kəmərdə sızma idi. Məlum oldu ki, korroziyanı yaradan Kaşaqan neftində həddən artıq olan hidrogen sulfiddir.


MOLDOVA 2 YOL AYRICINDA

AlJazeera-nin müxbiri Moldovada olub. O yazır ki, Ukrayna hadisələrindən sonra Moldovanın hökuməti Avropa Birliyinə yaxınlşamaq istəyir, Moldovanın bir çox vətəndaşı isə Rusiya ilə sıx əlaqələrə tərəfdardır.

Moldovanın istehsalının 33 faizi Rusiyaya satılır. Moldova Rusiya qazından istifadə edir. Rusiya şirkətlərində Moldovanın 200 min vətəndaşı işləyir.

Moldovada sayı 200 mindən bir qədər az qaqauzlar var. Qaqauzia referendum keçirib Rusiyanın Gömrük ittifaqına birləşməyə səs verdi. Moldova şərabı

Moldova şərabı


Avropa Birliyinə inteqrasiyayaya şübhə ilə baxanların bir arqumçenti də budur ki, bu inteqrasiya prosesi 5 ildir ki, başlanıb, ancaq real nəticəni görmürlər.

Moldovanın iqtisadiyyat nazirinin müavini isə müxbirə deyib ki, əhalidə müəyyən inamsızlıq və şübhələr informasiyanın azlığı ilə bağlıdır. Avropa Birliyi ilə Moldovanın danışıqları o qədər sürətlə gedir ki, iş adamlarına , əhaliyə vaxtında lazımi informasiya verilə bilmir. Onun sözlərinə görə, Avropa Birliyi Moldova mallarının keyfiyyətinin artması, yeni bazarlar deməkdir. Hətta daxili bazarda Moldova mallarının keyfiyyətini yoxlamağa hazırda laboratoriyalar çatmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG