Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:10

Məleykə Əsədovanı yeni aktrisa - Gültac Əlili əvəzlədi


Gültac Əlili
Gültac Əlili
-
Azərbaycan Dövlət Musiqili Teatrı repertuarında olan məşhur «Evlənmə» (N. Qoqol) tamaşasındakı aparıcı rolu - Aqafya Tixonovnanı yeni aktrisa canlandıracaq.

Bundan sonra Aqafya Tixonovna rolunda, «İlin ən yaxşı aktrisası» adını qazanmış Gültac Əlili çıxış edəcək.

Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat Xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, aktrisa bu rolda ilk dəfə mayın 2-də səhnəyə çıxıb.

N. Qoqolun «Evlənmə» tamaşasında Aqafya Tixonovna rolunu əvvəllər xalq artisti Məleykə Əsədova oynayıb.

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Gültac Əlili Mədəniyyət və İncəsənət Universitetinin «Musiqili teatr» aktyorluğu fakültəsini bitirib.

Gültac Əlili, «Kimdir müqəssir?» (Ə. Haqverdiyev) komediyasındakı Bahar roluna görə, 2013-cü ildə Gənclər və İdman Nazirliyinin «İlin ən yaxşı aktrisası» mükafatına layiq görülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG