Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 11:59

Türk Hava Yolları və balaca Mikayıl


Rasim Qaraca
Rasim Qaraca
-

Aygül üçün həddən artıq duyğusal oldu deyəsən. Sarsılmış görkəmi var. Ancaq bizi gerçəkdən sarsıdacaq olay irəlidəydi...


Rasim Qaraca


HƏR ŞEY YAXŞI OLACAQ


Burada, Əlövsət Quliyev küçəsində, “Bakıtab”a yaxın bir yerdə Mikayıl adında bir uşaq yaşayır. Adını tələffüz edə bilmir, bir neçə dəfə soruşmuşam, çətinliklə də olsa nə dediyini anlamışam.

Atan varmı sualına, "mənim gözəl atam" deyir, anan varmı sualına "mənim gözəl anam".

Hər dəfə onu görəndə bir manat pul verirəm. Bəzən meyvə alıram. Adətən küçə qapısında dayanır. Əyin başı təsvir ediləsi deyil. Ailəsinin son dərəcə yoxsul olduğu bəllidir.

Şahidi olmuşam, küçədən keçən başqa adamlar da Mikayıla pul veriblər. Dövlətin bu cür uşaqlara 65 manat təqaüd verdiyini də bilirəm. Ancaq məsələ pulda deyil... İndi danışacam nə olduğunu.

Bir gün "Bakıtab"da oturmuşuq. Bizim qiymətli gənc yazar dostumuz Aygül Portakal mənə Türk Hava Yollarının çəkdiyi bir reklam çarxını göstərir, çox duyğusaldır, müəllim, buna bax deyir. Bəlkə bu videonu siz də görmüsüz, Türkiyənin doğusunda, kəndli cocuqlar havadakı uçaqlara baxıb, ah, kaş bu uçaqlar bizim kəndimizə də gələydi, deyirlər və sonra bu xəyal gerçək olur, onların kəndinə enmə şəridi yapılır, uçaq enir, uşaqların arzusu həyata keçir.

Gözəl bir süjetdir, gerçəkdən duyğusal bir şeylər vardı orada. Ancaq mən üzümü Aygülə tutub deyirm: gerçək duyğusal bir hadisə görmək istəyirsənmi? Görmək istəyirəm, deyir. Birlikdə 50 addımlıq məsafəyə səfər edirik. Küçə qapısında dayanan Mikayılı ona göstərmək istəyirəm. Ancaq bu gün Mikayıl yerində yoxdur. Sağa-sola baxıram, gözə dəymir.

Bir az tərəddüdlə də olsa birlikdə məhəllənin içərisinə giririk. Ətrafa boylanırıq. Yavaşca qapılardan birini aralayıb baxırıq, yaşlı bir qadın eşiyə çıxır. Burada bir uşaq var, adı Mikayıldır, onu axtarırırıq, deyirəm. Qadın qabağımıza düşüb yol göstərir, qonşu qapını açıb içəri keçir, bizi də arxasınca çağırır. Darısqal koridordan keçib yarımqaranlıq bir otağa giririk. İçəridən kəskin sidik qoxusu bizi vurur. Burada yarımçılpaq halda yaşlı bir qadın yataqda uzanıb zarıyır, halı özündə deyil, başını qaldırıb bizə baxmağa belə taqəti yoxdur.

Bu qadın Mikayılın bibisidir. Qonşu qadın danışır, ata-anası yoxmuş... Belə bir mənzərəylə qarşılaşacağımızı gözləmirdik. Aygül üçün həddən artıq duyğusal oldu deyəsən. Sarsılmış görkəmi var. Ancaq bizi gerçəkdən sarsıdacaq olay irəlidəydi...

Evdən çıxıb küçə qapısına yaxınlaşanda Mikayılın burada dayanmış olduğunu görürük. Məni tanıyır artıq. Əl görüşür. Bir az söhbət edirik onunla. Amma çox çətinliklə danışır. Sadəcə gülümsəyir. Sullarımıza öz bildiyi cavabları verir, hər dəfə eyni sözü təkrar edir: hər şey yaxşı olacaq. Mənim gözəl bibim, deyir və əlavə edir: “hər şey yaxşı olacaq”.

Üst-başı yırtıq, bəlkə həftələrlə çimməyən, bəlkə doyunca yemək yeməyən əngəlli bir uşaq söyləyir bu sözləri: “hər şey yaxşı olacaq”...

Bütün bu hekayət, can verən qadın, duyğusallıq, Türk Hava Yolları bir yana, eşitdiyimiz bu sözlər bizi gerçəkdən sarsıdır, gözlərimiz dolur. Tezliklə oradan ayrılırıq və hər şeyi unuduruq... Gerçək duyğusallıq terapiyası beləcə sona çatır...

qaynar.info

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG