Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:57

Vəkil: “Məhkəmənin ədalətli hökm çıxaracağını gözləmirik”


-
“Heç kim bu məhkəmənin ədalətli hökm çıxaracağını gözləmir. Hökmün elan olunması qanunun formal tələblərinin icra olunmasından başqa bir şey deyil”.

Bunu məhkəmə zalından çıxan vəkil Xalid Bağırov deyib.

Vəkil deyib ki, NİDA-çı gənclər aclığı davam etdirir: “Yorğun və əldən düşmüş olsalar da hökmü ayaq üstə dinləyirlər. Ac olmalarına baxmayaraq hakimdən oturmağı da xahiş etmədilər”.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində 8 NİDA-çı gəncin məhkəməsidir. Hakim gənclərə hökm oxuyur.

8 NİDA-çı ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar.

Vəkillərinin söylədiyinə görə, həbsdəki 8 NİDA-çı ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aprelin 17-dən aclıq aksiyasına başlayıblar.

Dövlət ittihamçısı məhkəmədə NİDA-çılara 6 il yarımdan 8 il yarımadək həbs cəzası istəyib. Onlar elə həmin gündən aclıq aksiyası elan ediblər.
XS
SM
MD
LG