Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:15

Hüquq müdafiəçisinin həyat yoldaşı prokurorluğa çağırılıb


-

Mayın 6-da Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın həyat yoldaşı prokurorluğa çağırılıb.

Bu haqda Mətanət Əzizovanın anası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün Facebook səhifəsində yazıb.

Mirvari Qəhrəmanlı bildirir ki, «bu gün saat 12-də Mətanətin həyat yoldaşını prokurorluğa çağırıblar. Məqsəd ona müxtəlif təzyiqlər etməklə Mətanətin yerini öyrənməkdir. Onun evi daima nəzarətdədir. Mətanətin ailəsi təhlükədədir. Mətanətin ailəsi də, anası da, atası da mənəm! Tezliklə qayıdacağam».

Mirvari Qəhrəmanlı hazırda İndoneziyadadır. O, mayın 12-də Bakıya qayıdacağını bildirib.

Ötən həftə hüquq mühafizə orqanları Mətanət Əzizovanın evində axtarış aparmaq istəyib. Bu, hazırda həbsdə olan jurnalist Rauf Mirqədirovun işi ilə bağlıdır. Eyni iş üzrə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun evində və ofisində də axtarış aparılıb.
Qadın Krizis Mərkəzi Sülh və Demokratiya İnstitutu ilə tərəfdaş qurumdur.
XS
SM
MD
LG