Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:45

NİDA-çıların məhkəməsində bəzi valideynlərin halı pisləşib


-
NİDA-çıların məhkəmə prosesində iştirak edən bəzi valideyinlərin halı pisləşib. Bunu AzadlıqRadiosuna prosesdən çıxan NİDA üzvü Şahin Novruzlunun bibisi Nüşabə Novruzlu deyib.

“İçəridə çox gərginlik var. Hamı hökm oxunduğuna görə ayaq üstə dayanıb. Valideynlər ayaq üstə dayana bilmirlər. Hamı gərginlik içərisindədir”.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində 8 NİDA-çı gəncin məhkəməsidir. Hakim gənclərə hökm oxuyur.

8 NİDA-çı ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar.

Vəkillərinin söylədiyinə görə, həbsdəki 8 NİDA-çı ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aprelin 17-dən aclıq aksiyasına başlayıblar.

Dövlət ittihamçısı məhkəmədə NİDA-çılara 6 il yarımdan 8 il yarımadək həbs cəzası istəyib. Onlar elə həmin gündən aclıq aksiyası elan ediblər.
XS
SM
MD
LG