Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:14

Suriyada hərbi əməliyyatlar zamanı 56 nəfər ölüb


-
Suriyada Bashar Assad qoşunlarının müxtəlif şəhərlərdə keçirdiyi hərbi əməliyyatlar zamanı 56 nəfər ölüb.

Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, öldürülənlərdən 11 nəfəri uşaqdır.

Havadan və qurudan keçirilən əməliyyatlar zamanı Hələbdə 16, Dəməşq ətrafında 15, İdlibdə 9, Derada 6 nəfər öldürülüb. Digər öldürülənlər Deyruzzor, Rakka, Kuneytra, Homs, Lazkiye və Hama şəhərlərinin payına düşüb.

Hələbin bombardman olunması nəticəsində xeyli ev uçub. Şəhərin mərkəzində yerləşən həbsxana ətrafında ordu ilə müxaliflər arasında atışma gedir.

Rəsmi SANA agentliyi bildirir ki, hökumət qoşunlarının Dera, İdlib və Hələb şəhərlərində keçirdiyi əməliyyatlar zamanı aralarında xeyli sayda əcnəbilərin olduğu qruplar zərərsizləşdirilib.
XS
SM
MD
LG