Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:44

Kiyev Odessaya Milli Qvardiya bölüyünü göndərib


Ukrayna əsgəri
Ukrayna əsgəri
-

Rəsmi Kiyev ölkənin şərqində hökumət qüvvələri və Rusiyayönlü separatçılar arasında döyüşləri dayandırmaq məqsədilə Odessaya Milli Qvardiya bölüyünü göndərib.

Ukrayna rəsmiləri bildiriblər ki, xüsusi qüvvələr həftə sonu Odessada Rusiyayönlü fəallara nəzarət edə bilməyən yerli polisi əvəzləyəcək.

Mayın 2-də Odessada hökumət tərəfdarları ilə Rusiyayönlü qruplaşmalar arasında toqquşma olub. Rusiyayönlü fəallar ticarət birliyinin binasına daxil olaraq, onlarla adamı öldürüblər.

Milli Qvardiyanın Odessaya yerləşdirilməsi ötən gün 4 ukraynalı hərbçinin öldürülməsindən və hökumət helikopterinin vurulmasından sonraya təsadüf edir.

Şərqi Ukraynada antiterror əməliyyatları başlayandan bəri Ukraynaya məxsus 3 helikopter Rusiyayönlü qüvvələr tərəfindən vurulub.

«MÜLKI VƏTƏNDAŞLARA GÖRƏ UKRAYNA QOŞUNUNUN ƏLI, AYAĞI BAĞLANIB»
Arsen Avakov
Arsen Avakov

Bu arada Rusiyayönlü qruplaşmalar ötən gün Slovyansk ətrafında döyüşlərdə 20 tərəfdarlarının öldüyünü deyir. Mayın 5-də Ukraynanın Daxili işlər naziri Arsen Avakov bildirib ki, «öz ərazimizdə bizə qarşı müharibə gedir».

Avakov bildirib ki, «mülki vətəndaşlara görə Ukrayna qoşununun əlləri, ayaqları bağlanıb». O, Kiyevin ölkənin şərqindəki şəhərləri Rusiyayönlü separatçılardan almaq cəhdlərinin məhdud olduğunu deyib : «Ukrayna əsgərləri dinc sakinlərə güllə ata bilməz. Düşmənimiz onların arxasında gizlənir və bizə atır».

Rusiya Ukrayna hökumətini ölkənin şərqində hərbi əməliyyatları dayandırmağa və böhranı aradan qaldırmaq üçün danışıqlar aparmağa çağırıb. Rusiya XİN-nin bəyanatında deyilib ki, Ukrayna qüvvələrinin Rusiyayönlü separatçıları sıxışdırmağa çalışdığı şəhərlərdə humanitar böhran genişlənməkdədir.
XS
SM
MD
LG