Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:34

Bakıda «Gül Bayramı»na görə bəzi yollar bağlıdır


-

Bakıda keçiriləcək «Gül Bayramı» ilə əlaqədar Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, mayın 10-da Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək Gül bayramına hazırlıq işlərinin görülməsi ilə əlaqədar paytaxtın Füzuli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulmuş və istiqamət dəyişdirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bunu nəzərə alsınlar, sıxlığın, yol-nəqliyyat hadisələrinin yaranmaması üçün əvvəlcədən istiqamətlərini müəyyənləşdirib elə yoldan istifadə etsinlər ki, narahatlıq yaranmasın.

Günün bütün mövzuları

XS
SM
MD
LG