Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:36

Verdiyi qərarla bağlı hakimin özünə 4 il yarım həbs cəzası kəsilib


Kulpash Otemisova məhkəmə zalında
Kulpash Otemisova məhkəmə zalında
Qazaxıstanda hakimin özünü tutublar.O, qətlə sifariş verən rusiyalı iş adamını azad etdiyinə görə, 4 il yarımlıq həbsə məhkum edilib.

56 yaşlı hakim Kulpash Otemisova sentyabr ayında həbs olunub. O qərar vermişdi ki, Aleksandr Sutyaqinski adlı iş adamına verilən 12 illik həbs cəzası şərti 6 il cəza ilə əvəzlənsin.

Hakim qərarını belə əsaslandırırdı ki, onun sifariş verdiyi qətl heç vaxt olmayıb.

Sutyaqinski azadlığa çıxandan sonra Qazaxıstanı tərk edib. Onun harda olmağı bilinmir.

Sutyaqinski Qazaxıstanda çox fəal idi. Onu Qazaxıstanın və Rusiyanın ali rəhbərlərinin, o cümlədən, Nazarbayev və Putinin qatıldığı tədbirlərdə görmək olardı.
XS
SM
MD
LG