Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:28

Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini oldu


Teymur Mehtiyev
Teymur Mehtiyev
-
Mayın 5-də prezident İlham Əliyev Teymur Mehdiyevi fövqəladə hallar nazirinin müavini təyin edib.

Bu təyinata qədər Teymur Mehdiyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini idi.
Dövlət başçısının mayın 5-də imzaladığı digər sərəncamla fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib.

Teymur Mehdiyev 1975-ci ildə Gürcüstanın Suxumi şəhərində anadan olub. 1992-ci ildə Bakıda orta məktəbi, 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1997-1999-cu illərdə Milli Təhlükəsizlik Nazirliyində, 1999-2001-ci illərdə Daxili İşlər Nazirliyində, 2001-2004-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb.

2004-2006-cı illərdə gənclər, idman və turizm nazirinin müavini, 2006-2011-ci illərdə mədəniyyət və turizm nazirinin müavini işləyib.

2011-ci ildə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib.

Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur.

Mayın 5-də prezident İlham Əliyev fövqəladə hallar nazirliyinin əsasnaməsində dəyişiklik edilməsi ilə bağlı da sərəncam imzalayıb. Dəyişikliyə görə, nazir müavinlərinin sayı dördən altıya qaldırılıb.

Artırılan iki müavin postundan digərinə isə Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov təyin edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG