Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:44

"Son ümidim məhkəmələrə idi, o da belə..."


Dilşad Əliyeva
Dilşad Əliyeva
-
Məni ruhi xəstə adlandırıb torpağımı, evimi ələ keçirib. Mən doğum evinə gedəndə qapımı sındırıb evimə girib, əşyalarımı daşıyıb aparıb, evin təmirini bərbad vəziyyətə salıb. Bunu hakim də bildi, vəkillər də... Ancaq hakim qərar çıxartdı ki, guya evin sahibi o adam imiş. O həbsdə olanda mən evini zəbt etmişəm. Yəni hər şey tərsinə...”

Lerik sakini Dilşad Əliyeva əvvəllər də “Qaynar xətt”ə şikayət etmişdi. O, 10 il əvvəl Bakının Hövsan qəsəbəsində aldığı 30 sot torpağın içərisindəki tikili ilə birlikdə keçmiş sahibi tərəfindən əlindən alındığını deyirdi. İndi isə şikayəti bu iş üzrə keçirilmiş məhkəmələrdəndir. Deyir, son ümidini də məhkəmə əlindən alıb:

“8 ildən çoxdur məhkəmə yollarındaydım. Nəhayət ki, bitdi. Ancaq gözlədiyim kimi yox, mənim azyaşlı övladlarımla küçədə qalmağımla bitdi”.

"XARABADAN SEÇİLMƏYƏN BİR OTAĞA SIĞINMIŞAM"

Dilşad Əliyeva əmlakın əlindən çıxması ilə əlaqədar qarşı tərəfdən – yəni mülkün keçmiş sahibindən 84 min 790 manat təzminat tələb edirdi. Məhkəmə əvvəllər qərar çıxrmışdı ki, Dilşad Əliyevanın vaxtilə torpağa görə ödədiyi 3500 dollar torpağın keçmiş sahibindən tutularaq ona ödənilsin. Dilşad Əliyeva razılaşmırdı, dəymiş maddi və mənəvi zərərin 84 min 790 manat olduğunu iddia edirdi. Buna görə də məhkəmə qərarından yuxarı instansiya məhkəmələrinə şikayət vermişdi. Ancaq deyir, hər şey gözlədiyinin əksinə olub:

“Bu il yanvarın 24-də Ali Məhkəmə işə yenidən Apellyasiya Məhkəməsində baxılmasına görə qərar çıxartdı. Bakı Apellyasiya Məhkəməsi isə mənim bütün tələblərimi rədd elədi, hətta əvvəlki qərarlarından fərqli olaraq bu dəfəki qərarında 3500 manatın ödənilməsi də nəzərdə tutulmayıb. Qərarda yazılıb ki, guya başqasının əmlakınəı zəbt edən mən olmuşam, ona görə də mənə kompensasiya-filan düşmür”.

Dilşad Əliyevanın sözlərinə görə, üç azyaşlı qızı özlə qapılarda, özü isə şəraitsiz bir yarımtikilidə məskunlaşıb:

“Lerikin Küsəkəran kəndində xarabadan seçilməyən bir otağa sığınmışam. Uşaqlarımın üzünü aylarla görə bilmirəm. Onun-bunun qoltuğunda qalıram”.

Mübahisəli əmlakın keçmiş, məhkəmə qərarı ilə həm də indiki sahibi Şirməmməd Kazımovdur. O məhkəməyə bildirib ki, həbsdə olduğu müddətdə Dilşad Əliyeva içərisində yarımtikili olan torpağını zəbt edib.

Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev bu məsələ ilə bağlı danışmaq istəməyib. O, bildirib ki, bu məsələ məhkəmələrdə mübahisələndirilib və hüquqi qiymətini tapıb.
XS
SM
MD
LG