Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:05

«Tbilisi sammiti 2014» beynəlxalq forumu keçiriləcək


-

Mayın 6-da Gürcüstan Milli Kitabxanasında «Tbilisi sammiti 2014» adlı beynəlxalq forum keçiriləcək. Tədbiri Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri açacaq.

Gürcüstanın dövlət başçısı Georgi Margvelashvili İlham ƏliyeviAbdulla Gülü qəbul edəcək.

Sammitdə son 20 il ərzində ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat energetika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayıb.

Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndə heyətləri planlaşdırılan layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşləri planlaşdırılır.

«Tbilisi sammiti 2014»ün keçirilməsi Georgi Margvelashvili-nin Bakı və Ankaraya səfəri zamanı planlaşdırılıb.
XS
SM
MD
LG