Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:28
Qanunsuz silah əldə edib saxlamaqda ittiham olunan Quba sakinləri Vəfadar və Vəfanur Məmmədov qardaşlarının, onların yaxın qohunu Nizami Nəcəfovun həbs müddəti uzadılıb. Bu barədə AzadlıqRadiosunun bölgə müxbirinə tutulanların vəkili Fariz Namazlı məlumat verib. Vəkilin sözlərinə görə, həbs müddəti 2 ay uzadılıb və onların üçü də Bakı İstintaq Təcridxanasında saxlanılır.

Vəkil onu da bildirib ki, 5- ci aydır həbsdə saxlanılan bu şəxslərə qanunsuz silah əldə edib saxlama ittihamından başqa indiyədək heç bir digər ittiham irəli sürülməyib.

Qubada Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu Vəfadar Məmmədovu bu il yanvarın əvvəlində o, atasının məhkəməsinə gedərkən, qardaşı Vəfadarla Nizamini isə yaşadıqları mənzildə həbs edib. Həmin vaxt Məmmədov qardaşlarının anası Rəhimə Məmmədova AzadlıqRadiosuna bildirmişdi ki, övladları namaz qılır və MTN onları vəhabilikdə günahlandırır.
XS
SM
MD
LG