Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:40

Göyçayda sakinlər magistral yolu bağlayıb [Fotolar]


Sakinlər yolu bağlayıb
Sakinlər yolu bağlayıb
-
Göyçay rayon Qarabaqqal kənd sakinləri rayon rəhbərliyinə etiraz olaraq Bakı-Şamaxı-Yevlax magistral yolunu bağlayıblar. Bu haqda AzadlıqRadiosuna kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, etiraza səbəb təbii fəlakətdən sonra rayon rəhbərliyinin onlarla maraqlanmaması olub. Kənd sakini Mehman Məmmədov deyir ki, onlar rəhbərlikdən dəymiş ziyanın təcili aradan qaldırılmasını tələb edirlər:

“Mayın 4-də rayona güclü dolu yağdı. Ən çox ziyan bizim kəndimizə dəyib. Əksər evlərin dam örtükləri sıradan çıxıb, avtomobillərə, əkin sahələrinə ciddi ziyan dəyib. Nə, rayon rəhbərliyi, nə də FHN gəlib bizimlə maraqlanır. Biz də yolu bağlamışıq. Polislər gəlib kənd sakinlərindən yolu açmağı tələb edirlər. Kənd sakinləri ilə polislər arasında münaqişə yaranıb. Tələblərimiz qəbul olunmayınca biz yolu açmaq istəmirik. İndi rayonun rəhbərliyindən də gəliblər, yerli icra hakimiyyətində kənd sakinləri ilə müzakirə aparırlar”.

Göyçay rayon icra hakimiyyətindən yağan dolu ilə bağlı bəzi kəndlərdə narazılıqlar olduğunu təsdiqlədilər. İcra hakimiyyətindən həmçinin icra başçısının hazırda Qarabaqqal kəndində sakinlərlə görüşüb, dəyən ziyanı müzakirə etdiyini bildirdilər:

“Dünən axşam yağan dolu bir neçə kəndə ciddi ziyan vurub. Qarabaqqal kəndi də ciddi ziyan görüb. Bu səbəbdən kənddə narazılıq yaranıb. Bununla bağlı icra başçısı kəndə gedib. Lazım olan bütün tədbirlər görüləcək. Hazırda təbii fəlakətin vurduğu ziyan müəyyənləşdirilir”.




AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG