Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:32
-
Mayın 5-ə keçən gecə Donetsk şəhər şurasının binası qarşısında atışma olub.

Şahidlərin sözlərinə görə, əvvəlcə güclü partlayış, sonra atışma baş verib. Xəsarət alanlar haqqında məlumat verilmir.

Bu günlərdə separatçılar Donetsk hərbi prokurorluğun və Lenin rayon icraiyyə komitəsinin binalarını tutublar.

Donetsk vilayətinin Novoqrodovka şəhərində separatçılar 5 nəfəri - deputat və şaxtaçıları girov götürüb. Bu haqda Ukrayna Azad Həmkarlar İttifaqı Konfederasiyasında bildiriblər. Tutulanlardan biri - mədən mühəndisi Aleksandr Gurov sonradan qaça bilib.

“Ukrainskya pravda” qəzetinin məlumatına görə, onlar sağdırlar, Donetsk vilayət şurasının binasında saxlanılırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG