Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:57

Magistraturaya ərizə qəbulu başa çatır


-

Mayın 5-də magistraturaya ərizə qəbulu başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin məlumatına görə, bakalavrlar 2014-cü il mayın 1-dən 5-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq, bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Proqram seçib təsdiq etmiş bakalavrlar mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün «Bakalavrın imtahana buraxılış vərəqəsi»ni çap edib götürməlidirlər. Qəbul imtahanının ikinci mərhələsi 2014-cü il mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

2014-cü ildə «Jurnalistika» ixtisasını seçmək istəyənlər üçün Qabiliyyət imtahanı keçirilib və 25 bakalavr həmin imtahandan «məqbul» alıb. 44 saylı proqramı yalnız həmin bakalavrlar seçə bilərlər.

27 saylı proqram üzrə ADPU-nun «Menecment (təhsilin təşkili və idarə olunması)» ixtisaslaşmasına müsabiqədə yalnız Təhsil ixtisasları qrupunu bitirən bakalavrlar iştirak edə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG