Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:05

«Gül bayramı»nda yenilik


-

Mayın 5-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


«ƏLİ ÇUBUQLU»LAR PUL ÖDƏDİKLƏRİ ÜNVANLARI GÖSTƏRDİLƏR

«Azadlıq» qəzeti yazır ki, bunlar Nəqliyyat Nazirliyi və «uçastkovı»lardır, İlham Əliyev isə onların yığdığı pulların hara ödənildiyinin bilinmədiyini demişdi.

«Metronin «Nizami» stansiyasının yaxınlığında söhbətləşdiyimiz nəzarətçi deyir ki, onlar pulu Nəqliyyat Nazirliyi müfəttişlərinə verirlər. «Yer haqqı» kimi gündəlik 15 manat ödədiyini deyən «əli çubuqlu» onu da qeyd edir ki, bu məbləği ödəməsə, ona işləməyə imkan verməzlər».

«MƏŞHURLARIN ÖVLADLARI»: RAMİZ MEHDİYEVİN PROFESSOR QIZI

Modern.az saytı yazır ki, Akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva uzun illərdir elm sahəsində çalışır.

Kamilə Əliyeva (hazırda həyat yoldaşının soyadını daşıyır) 1999-cu ildən BDU-nun psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışır. 2010-cu ildən kafedranın professorudur. O, 2004-cü ildən həm də BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır. 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən «İlin müəllimi» adına layiq görülüb, həmin ildə yüksək ixtisaslı kadrların hazırlanmasında uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və universitetin 90 illik yubileyi münasibətilə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. Psixologiya elmləri doktoru, professor Kamilə xanım Milli Məclisin deputatı İlham Əliyevin həyat yoldaşıdır».

«ERMƏNİLƏRLƏ SALAMLAŞMAQ DA İNHİSARA ALINIR»


«Yeni Müsavat» qəzeti yazır ki, «hüquq müdafiəçilərinin, digər ictimai fəalların hansısa geopolitik yüklü layihə çərçivəsində ermənilərlə görüşmələri, ortaq fəaliyyətlər qurmaları indiyədək gizli məsələ deyildi. Bu prosesdə özünü gizlədənlər, adları indi ortaya çıxanlar varmış; lakin Yunuslar və Mirqədirov hər şeyi açıq icra ediblər və bu barədə hər zaman açıq danışıblar. Eyni zamanda hakimiyyətin özü də «xalq diplomatiyası» çərçivəsində Ermənistana, işğal altındakı Dağlıq Qarabağa ziyalıları, ictimaiyyət nümayəndələrini müntəzəm olaraq göndərib, habelə erməni ziyalıları də Bakıya dəfələrlə səfər ediblər.

Amma indi hakimiyyət ermənilərlə hansısa formada əlaqələr yaradan adamları həbs etməyə, onları nəzarətə almağa və bu prosesdən kənarlaşdırmağa başlayıb. Bununla paralel olaraq rəylər formalaşmağa başlayıb ki, iqtidar «xalq diplomatiyası» siyasətində özünün və digərlərinin iştirakına son qoyur.

ELMAR VƏLİYEV DAHA BİR ULDUZU GƏNCƏYƏ GƏTİRİR

Bu il Gəncədə keçiriləcək «Gül bayramı»na Türkiyənin iki məşhur müğənnisi dəvət edilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az saytına verilən məlumata görə, məşhur pop müğənniləri Mustafa Ceceli və Hadisə Gəncədə təşkil olunacaq konsertdə çıxış edəcək: «Keçən ildən fərqli olaraq bu ilə bayram şənlikləri Heydər Əliyev park-kompleksində 7 may tarixində keçiriləcək. Park-kompleksin girişindən, yəni, «Zəfər Tağı» abidəsindən başlayaraq düzülmüş xüsusi pavilyonlarda əl işləri sərgilənəcək, hər tərəf güllə bəzədiləcək. Şəhərin ən böyük 50-dən artıq təşkilatı bu bayramda təmsil olunacaq».

Gəncə Şəhər İcra Hakimiyyətinin Heydər Əliyevin doğumunun 91 illiyi münasibəti ilə təşkil etdiyi konsert AzTv tərəfindən canlı yayımlanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG