Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Turchinov: Rusiya Federasiyası Ukrayna ilə müharibə şəraitindədir


Oleksander Turchynov

Oleksander Turchynov

-

«Rusiya Federasiyası Ukrayna ilə müharibə şəraitindədir. Ukraynanın şərqində və cənubunda sabitliyi tamamilə pozamağa çalışırlar. Odessa, Xarkov regionu Rusiyanın əsas hədəflərindən biridir».

Ukraynanın hazırkı prezidenti Oleksander Turchinov Kanal 5 televiziyasına müsahibəsində belə deyib.

Turchinov qeyd edib ki, «vətənpərvər» ukraynalılar «yerli separatçıların» cəhdlərinin qarşısını alıb.

Ukrayna rəsmisinin sözlərinə görə, həftəsonu Odessadakı hadisələrdə «xeyli sayda Rusiya pasportlu şəxs» və Moldovanın separatçı Dnestryanı regionundan adamlar iştirak edib.

Prezidentin dediyinə görə, Ukrayanın cənub və şərqində «separatçı qruplara rəğbət bəsləyən» çoxlu polislər var.

RUSİYAYÖNLÜLƏR YALNIZ DONETSK VƏ LUQANSK REGİONLARINDA UĞUR QAZANIB

Rusiya silahlı qüvvələrinin Ukraynanın bir çox regionunda sabitliyi pozmağa cəhd etdiyini qeyd edən Turchinov, onların yalnız Donetsk və Luqansk regionlarında buna nail olduğunu bildirib.

O etiraf edib ki, Kiyev Rusiyayönlü separatçılara qarşı ölkənin şərqində əməliyyat keçirmək istəyir, ancaq bu istəyə regionda separatçıları dəstəkləyən xeyli sayda adamın olması mane olur.

Mayın 2-də Odessada Ukraynanın ərazi bütövlüyünün tərəfdarları ilə Rusiyameylli etirazçılar toqquşub, 40-dan çox adam ölüb. Rusiyameyllilər Həmkarlar İttifaqları Evində gizlənməyə məcbur qalıblar. Sonradan binada yanğın başlayıb. Yanğının qəsdən, yoxsa təsadüfən törəndiyi hələlik məlum deyil.

Mayın 3, 4 və 5-i Odessada matəm elan olunub.

ODESSADAKI ÖLÜM «BÜTÜN DÜNYAYA XƏBƏRDARLIQ OLMALIDIR»

Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyuk ötən gün Odessaya gedib və bu şəhərdə törədilən faciəyə görə Rusiyanı ittiham edib.

Rusiya XİN-nin müavini Grigory Karasin isə ötən gün Moskvada bildirib ki, Odessa hadisələri Ukrayna hakimiyyətinin Rusiyayönlü əhali ilə dialoq qura bilmək iqtidarında olmadığını göstərdi.

Karasin-in sözlərinə görə, Odessadakı ölüm «bütün dünyaya xəbərdarlıq olmalıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG