Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:36
Mayın 4-də Göyçay, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarına güclü dolu düşüb.

APA-nın məlumatına görə, saat 22.00 radələrində başlayan və təqribən 20 dəqiqə davam edən dolu meyvə ağacları və taxıl sahələrinə ziyan vurub.

Dolu dənələrinin böyük olması səbəbindən evlər və sosial obyektlərin dam örtüyü, habelə avtomobillər də müəyyən ziyan görüb.

Rayonların enerji təsərrüfatında da problemlər yaranıb, bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb.

Dolunun vurduğu ziyanın həcmi hələlik məlum deyil.
XS
SM
MD
LG