Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Arseniy Yatsenyuk: “Vahid ölkə naminə hər şeyə hazırıq”


Arseniy Yatsenyuk. Kiev. 8 aprel

Arseniy Yatsenyuk. Kiev. 8 aprel

Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyuk Odessa faciəsinə görə məsuliyyətin yerli hüquq-mühafizə orqanlarının üstündə olduğunu deyir. Mayın 4-də Kiyevdə BBC-yə verdiyi müsahibəsində deyib:

“Biz anlayırıq ki, təhlükəsizlik qüvvələri (Oedssada- red.) qanunu pozublar. Ukrayna prokurorluğu təhqiqata başlayıb, Odessa regionunun polis rəisi işdən çıxarılıb. İnanıram ki, prokurorluq hamını yoxlayacaq. Tam, bitkin və müstəqil təhqiqat aparılmalıdır, çünki şəxsən mən təhlükəsizlik və hüquq mühafizə idarəsini zorakılığın qarşısını almaq üçün heç nə etməməkdə günahlandırıram”.

RUSDİLLİ ƏHALİYƏ MESAJ

Yatsenyuk Ukraynanın cənub-şərqinə nəzarətin tam itirilmədiyini bildirib:

“Rusiyanın rəhbərlik etdiyi etirazçıların nəzarətində olan bəzi nöqtələr var. Ancaq antiterror əməliyyatı davam edir və çox şey yerli əhalidən asılı olacaq – yəni onların sülhü və sabitliyi və ya Rusiyanın sponsorluq etdiyi şəxsləri dəstəkləməsindən”.

“Biz ölkədəki, rusca sərbəst danışa bilən hər bir kəsə aydın mesaj göndəririk; konstitusiyanı dəyişməyə yazırıq; yerli hökumətlərə səlahiyyət verməyə hazırıq; vahid ölkə naminə hər şeyə hazırıq. Ancaq bu yolla qulaq asmaq istəyənlə danışmaq olar – əlində AK-74 tutanlar heç bir dialoqda maraqlı deyil,” Yatsenyuk sözlərinə əlavə edib.
XS
SM
MD
LG