Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:16

"Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil etməkdən qürur duyuram"


Dilarə Kazımova

Dilarə Kazımova

-
Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil etməkdən qürur duyuram. Ölkəmizi layiqincə təmsil etmək və ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Azərbaycan bu müsabiqəyə uğurla ev sahibliyi edib, xarici qonaqları, sözün həqiqi mənasında, heyrətləndirməyi bacarıb.

Bu fikirləri Azərbaycanı “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova AzərTAc-a müsahibəsində deyib.

- Artıq iki məşqiniz geridə qaldı. Səhnə sizə necə təsir bağışladı?

- Komandamız səylə məşqlər edir. Səhnə mənim çox xoşuma gəldi. Səhnədə mənimlə bərabər 28 metr hündürlükdə xanım akrobatik hərəkətlər edir. Düşünürəm ki, ifa etdiyim mahnı və səhnədə yaratdığım obraz insanları bizə səs verməyə həvəsləndirəcəkdir.

- Sizcə, mahnınızı və verəcəyiniz mesajı ən çox hansı ölkələr dəstəkləyəcək? Ən yüksək 12 xalı hansı ölkələrdən gözləyirsiniz?

- Təbii ki, hər bir ölkədən mənə yüksək xalın gəlməsini gözləyirəm. Bildiyiniz kimi, bu müsabiqədə qonşu ölkələr bir-birilərinə səs verirlər. İnanıram ki, ölkəmiz müsabiqədə layiqli yerə sahib olacaqdır.

- Sizin favoritiniz hansı ölkələrdir?


- Builki yarışmada çox güclü mahnılar və səhnə performansları var. Favoritlərin adını çəkmək mənim üçün çətindir. Təbii ki, hər bir iştirakçı müsabiqəyə qalib olmaq üçün qatılır. Mənim favoritlərim arasında Litva, Macarıstan, Fransa, Polşa təmsilçiləri var.

- “Eurovision” mahnı müsabiqəsi ilə bağlı bir məqam da bu şounun tarixi ənənəsi ilə bağlıdır. Sizcə, builki şou əvvəlkindən nə ilə fərqlənir?

- “Eurovision” mahnı müsabiqəsinin özəlliklərindən biri yarışmanın məhz qalib olan ölkədə keçirilməsidir. İki il öncə ölkəmiz bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi edib. Bu mənada “Eurovision” müsabiqəsi özündən əvvəlkilərdən bir çox özəllikləri ilə seçildi.

- Builki yarışmada romantik balladalar üstünlük təşkil edir. Sizin bu ölkələrdən fərqli cəhətiniz nədir?

- Xoşbəxtlikdən bizim mahnı yalnız sevgidən bəhs etmir. Bizim musiqinin fərqli cəhəti mahnının insanları güclü sosial çağırışa, birliyə səsləməsidir. Hər bir kəs dəyişiklik etmək üçün ilk növbədə, özündən başlamalıdır. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır. Mahnının mesajı insanların bir-birinə diqqət və qayğı ayırmasıdır. Gəlin, dünyamızı özümüz üçün gözəlləşdirək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG