Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:28

​Rus bölməsi Azərbaycan dilindən imtahan verir



Mayın 3-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində aparılır.

TQDK-nın məlumatına görə, imtahanda iştirakı nəzərdə tutulan 8215 abituriyentdən 3676 nəfəri oğlan, 4539 nəfəri qızdır. 5863 abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 2352 nəfər isə əvvəlki illərin məzunlarıdır.

Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1999-cu il təvəllüdlüdür.

İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar.Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Mayın 4-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2014-cü il iyulun 3-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG