Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:19

​Əfqanıstanda matəmdir



Əfqanıstanın şimalında torpaq sürüşməsinə görə mayın 4-də bir günlük matəm elan edilib.

Palçıq sürüşməsi mayın 2-də baş verib. Ölənlərin dəqiq sayı bəlli deyil. Mayın 3-də əfqan rəsmiləri azı 300 nəfərin öldüyünü təsdiqləyib. Bundan əvvəl 2.500 rəqəmi səslənirdi. İndilik ölü sayı az görünsə də, artacağı istisna deyil.

Sağ qalanların axtarışı dayandırılıb.

Ərazidə yenə torpaq sürüşməsi gözlənir. 700 məcbur köçkünə ərzaq və çadırlar çatdırılıb.

Son bir neçə həftədə Əfqanıstanın şimalında leysan yağışlar yağıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG