Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:15

Bakıda, “Kitabevim” mağazasında yazıçı Həmid Herisçinin “Solaxay” romanı təqdim olunub.

-

Bakıda, “Kitabevim” mağazasında yazıçı Həmid Herisçinin “Solaxay” romanı təqdim olunub.

Həmid Herisçi deyib ki, romanı yazarkən ancaq sol əlindən istifadə edib. O, uşaqlıqda solaxay olduğunu, sonradan bu vərdişi tərgitdiyini, lakin bir müddət əvvəl yenidən sol əlindən tez-tez istifadə etməyə başladığını və bundan sonra həyatında, düşüncəsində köklü dəyişikliklər olduğunu deyib.

Roman avtobioqrafik səciyyə daşıyır, müəllif öz uşaqlığında, ilk gənclik illərində baş verən hadisələri mistik bir yozumla ifadə edib.

Romanın redaktoru yazıçının həyat yoldaşı İlhamiyyə Rzadır.

Sonda yazıçı oxucuları üçün kitablarını sol əli ilə imzalayıb.

ROMANDAN PARÇA (OXU)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG