Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:07

Qamət Süleymanovun müavini saxlanıb


-
«Əbu-Bəkir» məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbovu polis saxlayıb.

Bu barədə apa-ya dindarlar məlumat verib. Onların dediyinə görə, mayın 3-də A.Rəcəbovun Zaqatala rayonunun Muxax kəndində yerləşən mənzilində əməliyyat aparılıb.

Əməliyyat nəticəsində A.Rəcəbov saxlanıb.

Zaqatala rayon Polis Şöbəsindən apa-ya A.Rəcəbovun saxlanmasını təsdiqləyiblər. Lakin bu barədə əlavə açıqlama verməyiblər.
XS
SM
MD
LG