Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:13

“Damda yaşayan Karlson”un müəllifindən yeni kitab


-

"Qanun" nəşriyyatı iki yeni kitab nəşr edib.

Məşhur “Damda yaşayan Karlson”un müəllifi, İsveç yazıçısı Astrid Lindgren-i tanıtmağa ehtiyac yoxdur. Onun Azərbaycan oxucusuna təqdim edilən bu "Seçilmiş hekayələri"nə “Böyük bacı, balaca qardaş”, “Albalı ağacı altında”, “gəlinciklə oynamaq istəməyən prinsessa”, “Gül bala”, “Pele evdən köçür” və digər əsərləri daxildir.

Lindgren öz yaradıcılığında uşaqlarda mövcud dəyərlərə maraq oyatmaq, onlara tənqidi yanaşmaqla bərabər, həyatda rast gələ biləcəkləri çətinliklərə qarşı qorxunun dəf edilməsinin gərəkli olduğunu bədii şəkildə ifadə etməyə çalışıb.

Amerikalı Barbara De Angelis-in "Hər bir qadının kişilər haqqında bilməli olduğu vacib sirlər" kitabında güclü cinsin davranışları, psixologiyası təhlil edilir.

Müəllif cərrah qətiyyətli və təcrübəli qadın kimi kişilərin sirli və ziddiyyətli daxili aləminə baş vurur, oxuculara onun ən intim bacarıqlarından söhbət açmaqdan çəkinmir və kişilərin psixoloji və fizioloji xüsusiyyətlərini açıb göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG