Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 03:57
-
“Məskunlaşdığımız binada şərait yoxdur, uzun müddətdir bu vəziyyətdə yaşayırıq, artıq dözə bilmirik”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə deyən Nərimanov rayonu, Montin qəsəbəsi, Arif Heydərov küçəsindəki 31 saylı binanın zirzəmisində məskunlaşan məcburi köçkün Etibar Həsənovdur. Onun sözlərinə görə, uzun illərdir ki, bu zirzəmiyə sığınıblar, nə yerli icra hakimiyyəti, nə də “Qaçqınkom” yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün tədbir görmür:

“22 ildir ki, bu binanın zirzəmisində yaşayırıq. Pəncərəsi yox, havası yox, işığı yox... Şəxsən mən 6 nəfərlik ailə üzvü ilə bir otaqda yaşayıram. Həyat yoldaşım əlildir. Bizə sahib çıxan yoxdur”.

"YOLU DA BAĞLADIQ, XEYRİ OLMADI"

Etibar Həsənovun sözlərinə görə, binanın zirzəmisində onlardan başqa daha bir neçə köçkün ailəsi yaşayır:

“Hətta bu yaxınlarda Heydər Əliyev prospektinə də çıxıb yolu da bağlamışıq ki, hökumətin diqqətini problemlərimizə çəkə bilək. Yerli icra hakimiyyətinin işçiləri, polis tökülüşüb gəldi, bizə söz verdilər ki, mənzil problemimizi həll edəcəklər”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Qaynar xətt”ə bildirilib ki, həmin ünvanda məskunlaşmış köçkünlər mərhələli qaydada yeni evlərə köçürüləcək. İndiki mərhələdə yalnız yaşayış şəraiti daha ağır olan ailələr köçürülür.

“22 ildir dözürük, hara qədər dözəcəyik, biz də insanıq”, bunu isə gözləməkdən səbr kasaları daşan köçkünlər deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG