Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:25
-
Milli Şuranın mayın 3-də keçirilən sessiyasında KXCP sədri Mirmahmud Mirəlioğlu sədri olduğu partiyanın Milli Şuradan çıxdığını bəyan edib.

O, belə bir addımı Milli Şuraya yeni üzvlərin qəbulunun AXCP üzvləri hesabına artırılmasına etiraz olaraq atdığını bildirib.

AXCP sədri Əli Kərimli isə üzvlüyə təklif olunan partiya üzvlərinin onsuz da Milli Şuranın işində fəal iştirak etdiklərini deyib. Partiya sədri lazım gələrsə, həmin şəxslərin namizədliyini geri götürə biləcəyini qeyd edib:

«Bizim burada heç bir şəxsi, qrup marağımız yoxdur. Əgər belədirsə, yeni üzvlərin qəbulu dayandırıla bilər. Biz istəmirik KXCP Milli Şuradan getsin».

KXCP sədrinin müavini Xəzər Teyyublunun AzadlıqRadiosuna dediyinə görə, partiyanın Milli Şuradan çıxıb-çıxmaması məsələsi yaxın günlərdə partiyada müzakirə olunacaq:

«Biz sadəcə təklif edirik ki, Milli Şura bir partiyanın üzvləri hesabına deyil, kənardan dəvət olunan ziyalıların və digər şəxslərin hesabına genişlənsin. Hələ ki partiya Milli Şuradan çıxmaq barədə qəti qərar qəbul etməyib, sadəcə, partiya sədri bir partiyanın üzvləri hesabına genişlənməyə etiraz olaraq belə deyib».

Günün bütün mövzuları

XS
SM
MD
LG