Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:20

Slavyanskda separatçıların girov götürdüyü ATƏT müşahidəçiləri buraxılıb


ATƏT-in hərbi müşahidəçiləri Slavyanskda, 27 aprel 2014
ATƏT-in hərbi müşahidəçiləri Slavyanskda, 27 aprel 2014
-
Ukraynada girov götürülən ATƏT missiyasının hərbi müşahidəçiləri mayın 3-də Slavyanskda Avropa Şurasının baş katibi Jagland Thorbjorn-a təhvil veriliblər.

Bu barədə Avropa Şurasının mətbuat katibi Daniel Holtgen-a istinadən Ukraynanın UNIAN agentliyi məlumat yayıb.

Daniel Holtgen-in dediyinə görə, Jagland Thorbjorn hərbi müşahidəçiləri Rusiyanın insan haqları üzrə sabiq müvəkkili Vladimir Lukin-lə birlikdə təhvil alıb.
XS
SM
MD
LG