Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:01

2 min polisin iştirakı ilə təlimlər keçirilib


-
Mayın 3-də Daxili İşlər Nazirliyinin Təlim Mərkəzində kütləvi iğtişaşların, cinayətlərin, eləcə də digər hüquqpozmaların qarşısının alınması ilə bağlı təlim məşqi keçirilib.

Bu barədə nazirliyin saytında məlumat verilib.

Təlimlərdə Daxili Qoşunların, Çevik Polis Alayının, Bakı və Sumqayıt baş polis idarələrinin, Baş Mühafizə İdarəsinin və Nazirliyin xüsusitəyinatlı «Aslanlar» bölüyünün 2 minə yaxın əməkdaşının iştirak etdiyi bildirilir.

Məlumata görə, tədbiri izləyən nazir Ramil Usubov şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib. O, prezidenti əmin edib ki, daxili işlər orqanlarının əməkdaşları ölkədə ictimai asayişi və təhlükəsizliyi bundan sonra da əzmkarlıqla qoruyacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG